Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində keçiriləcək “Keşlə” – “Səbail” matçının təyinatlarında dəyişiklik baş verib.
Sportarena.az PFL-ə istinadən xəbər verir ki, Hakimlər Komitəsinin qərarına əsasən, baş hakimin köməkçisi Namiq Hüseynovu Cəmil Quliyev əvəzləyib.
Qeyd edək ki, “Keşlə” – “Səbail” matçı fevralın 2-də saat 19:00-da start götürəcək.