Ramin Musayev: "Ölkə kubokunun finalının Lənkəranda keçiriləcəyinə inanmıram"

20:41 1 Fevral 2019

Bu il Azərbaycan kubokunun finalı Lənkəranda keçirilməyəcək.

 

Sportarena.az xəbər verir ki,PFL prezidenti Ramin Musayevin "Futbol plus" qəzetinə müsahibəsindən bu qənaətə gəlmək olar.

 

Musayev finalın keçiriləcəyi namizəd məkanlar arasında Lənkəranı görmür: "Finalın Lənkəranda keçiriləcəyinə inanmıram. Məndə olan məlumata görə, Lənkəran stadionunda müəyyən çatışmazlıqlar var. Bu, əsasən də qazonla bağlıdı. Mənim üçün rayonun, şəhərin ad fərqi yoxdu. Əsas odu, bölgədə olsun. Gəncədə işıqlandırma və oturacaqlarla bağlı problem var. Yeni icra başçısı təyin olunub. Onun köməyi sayəsində nöqsanlar aradan qaldırılsa, biz də öz növbəmizdə böyük məmnuniyyətlə finalı əsl bayram ab-havasında Gəncədə keçirərik".


Digər xəbərlər

Xəbər xətti