"Neftçi" hücumçu transferi reallaşdırıb.
Sportarena.az xəbər verir ki, "ağ-qaralar" İtaliya C Seriyasında çıxış edən "Novara"nın hücumçusu Canluka Sansoneni transfer edib. 31 yaşlı hücumçu müqavilə imzalamaq üçün Bakıya yola düşüb. Transferin şərtləri barədə bilgi verilməyib.
Qeyd edək ki, italiyalı hücumçu peşəkar karyerasına "Montorio" klubunda başlayıb. Sansone "Syena", "Frozinone", "Sassuolo", "Torino", "Sampdoria", "Bolonya" və "Bari" kimi klublarda çıxış edib. Canluka 2016-cı ildən "Novara"da çıxış edirdi.