İtaliyanın “Yuventus” klubu heyətini daha bir futbolçu ilə gücləndirmək istəyir.
Sportarena.az xəbər verir ki, söhbət Madrid “Real”ının üzvü Marselodan gedir.Turin təmsilçisi braziliyalı üçün İspaniya klubuna 45 milyon avro ödəməyə hazırdır.
İddiaya görə, Marselo “Yuventus”a keçəcəyi halda ilinə 12 milyon avro maaş alacaq.
Qeyd edək ki, Marselonun “Real”la 2022-ci ilin yayına qədər müqaviləsi var.