"Neftçi”nin İtaliyanın C seriyasından - "Novara”dan transfer etdiyi Canluka Sensone klubun ən ödənişli futbolçusu olacaq.
Sportarena.az fanat.az-a istinadən xəbər verir ki, 2 illik müqavilə bağlamağa hazırlaşan forvard aylıq 25 min dollar məvacibə oynayacaq.
Bundan başqa, "Neftçi” çempion olacağı halda Sensone əlavə paralar da qazanacaq. Vurduğu hər qola görə də sponsoru SOCAR olan klubdan ayrıca məbləğ istəyən hücumçunun nə ilə yadda qalacağı böyük maraq doğurur.