Mövsümün sonunda daha bir klub fəaliyyətini dayandıra, yaxud iddiasını tamamilə itirə bilər.
Sportarena.az xəbər verir ki, bu, daim mübahisə pridmeti kimi ortalıqda qalan “Səbail”di.Klubu maliyyələşdirən STAR zavodunun, Vita1000 və AzTea şirkətlərinin yeni problemlə ilə üzləşməsi haqda yeni məlumatlar yayılıb.Belə ki, hər üç müəssisədə audit yoxlamalarının aparıldığı, nəticədə ciddi nöqsanların aşkarlanması iddia olunur.
Söylənilənlərə inansaq, artıq onlar “Səbail”ə maliyyə dəstəyi vermək iqtidarında deyillər.Əgər belə olsa, Premyer Liqanın iştirakçısının yükü ”Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin üzərinə düşəcək ki, bu da sözügelən Qapalı Səhmdar Cəmiyyətinin imkanı xaricindədi.
Ona görə də “Səbail” mövsümün sonunda “başını yerə qoysa”, bunu təəccüblə qarşılamağa dəyməz. (sportinfo)