"Oyunu rəqibə hədiyyə etdik" - Tərlan Əhmədov

22:40 2 Fevral 2019

Azərbaycan Premyer Liqasında XV turun “Səbail” – “Keşlə” (0:3) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb.

 

 

Sportarena.az xəbər verir ki, 47 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:

 

- Belə oyun haqda danışmağa çox söz yoxdu. Üç elə səhv oldu ki, sadəcə, oyunu rəqibə hədiyyə etdik. Mənim özüm üçün də gözlənilməzdi. Slavik Alxasov və Nikola Mitroviçin olmaması özünü göstərdi. Çalışacağıq ki, oyunumuzu düzəldək. İstədiyimiz futbolu görmədik. Hazırlıq prosesindədi o komandadan əsər-əlamət yox idi. Futbolda belə şeylər baş verir. İlk oyunda olması daha yaxşıdı, nəinki son məqamda baş verib bizi daha pis vəziyyətdə qoyması. Daha yaxşı komanda formalaşdırmağa çalışacağıq.

 

- Bu gün Kamran Ağayevə nə olmuşdu?
- Futbolda heç kim səhvlərdən sığortalanmayıb.İlk oyunda həyəcan olması normaldı.

 

- “Zirə”nin məğlubiyyətinin hər hansı təsiri ola bilərmi?
- Məğlub olduqlarını indi sizdən eşidirəm. Heç vaxt maraqlanmırıq. Bununla bağlı qadağa qoymuşam ki, futbolçulara deyilməsin.


Digər xəbərlər

Xəbər xətti