“Maraqlı oyun alındı. Bunu əsl derbi adlandırmaq olar. Hər iki komanda qələbə qazanmaq istəyirdi”.
Sportarena.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi” ilə 1:1-lik bərabərlikdən sonra deyib.
Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən təcrübəli çalışdırıcı fikirlərini bildirib:
“Azarkeşlərə və futbolçularıma təşəkkürümü bildirirəm. Qələbə qazanmasaq da, yaxşı oyun nümayiş etdirdik. Gələcək oyunlara hazırlaşmalıyıq”.
- Komandanızın hazır olmadığı görünürdü.
- Çatışmazlıqlar var. İlk oyun olmasına baxmayaraq, pis alınmadı. Düşünülmüş hücumlar qurduq. Bir neçə matça daha da hazır olacağıq”.
- Fasilədən əvvəlki “Neftçi” ilə indiki komanda arasında hansı fərqlər var?
- Fikir bildirmək tez olar. “Neftçi”də ilk dövrələrdəki qalib ruhu hiss olundu.
- Nəticəni uğurlu hesab edirsinizmi?
- Əlbəttə, qalib gəlsəyik, yaxşı olardı. Qarşıdakı oyunlara ciddi hazırlaşmalıyıq. Rəqib 3 xallıq fərqi saxlaya bildi. Nəticədən razıyıq.
- Almeydanın oyunu sizi qane etdi?
- Bəli. Ümumiyyətlə, bütün futbolçularımdan razı qaldım.