Azərbaycan millisinin baş məşqçisi bu gün müəyyənləşə bilər.
Sportarena.az sportinfo.az-a istinadən xəbər verir ki, AFFA son namizəd kimi “Qalatasaray”ın sabiq baş məşqçisi İqor Tüdorun üzərində dayanıb. Bildirilir ki, onunla son danışıqlar müsbət yekunlaşıb və böyük ehtimalla Tüdorla rəsmi müqavilə imzalanacaq.