"Qarabağ"da çox şey öyrənirəm" - Yakub Jezniçak

14:20 4 Fevral 2019

"Hələlik Azərbaycanda qalıb-qalmayacağımı bilmirəm. Müşahidələrimə əsasən, klubda yaşlı oyunçulara yeni müqavilə ən sonda təklif olunur. Buna görə də gözləməli olacağam. Eşitdiyimə görə baş məşqçi Qurban Qurbanov və komanda məndən razıdı. Vaxtı çatanda mənə də yeni müqavilə təklif edəcəklər. Fikrimcə, klubda yoluma davam edəcəyəm".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Yakub Jezniçak Polşa mətbuatına müsahibəsində deyib. 

 

"Qarabağ"ı Polşa klubları ilə müqayisə edən futbolçu Azərbaycanda məşqlərin daha asan olduğunu bildirib: "Biz Polşada olduğu kimi çox qaçmırıq. Daha çox topla davranışa üstünlük veririk. Burda məşqlər daha maraqlıdı. "Qarabağ"da çox şey öyrənirəm. Bir qədər fərqli mədəniyyət, fərqli dinə malikdilər. Azərbaycanda islam aparıcı din olsa da, bu, çox da hiss olunmur. Şəhər və ölkə çox yaxşıdı, qonaqlara açıqdı. Bir çox insan ingiliscə, bu da olmasa, polyak dilinə yaxın olan rusca danışır. Mənim ünsiyyət və uyğunlaşma sarıdan problemim olmayıb. Çox yaxşı yaşayıram. Avropa kuboklarında çıxış etdiyimiz vaxt təyyarə ilə getməyə 5-6 saat vaxt lazım olurdu. Amma çarter reysi ilə uçduğumuzdan, daha tez yollanırdıq. Bu zaman istirahətə və oyuna hazırlaşmağa vaxt olurdu".

 

Jezniçak Polşa üçün darıxmadığını deyib: "Ancaq ailəm üçün darıxıram. Mən burada əla futbol mühiti tapmışam. "Qarabağ"da hər şey yaxşıdı".


Digər xəbərlər

Xəbər xətti