Karluş Keyruş AFFA-nın təklifinə YOX DEDİ

13:36 5 Fevral 2019

İran millisinin sabiq çalışdırıcısı Karluş Keyruş AFFA-nın təklifinə yox deyib.

 

Sportarena.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov "azərisport.com”a açıqlamasında bildirib. Baş katib qeyd edib ki, indiyə qədər 10-a yaxın mütəxəssislə danışıqlar aparıblar. Onlar arasında İran millisindən Asiya kubokunda Çinə uduzduqdan sonra ayrılan Karluş Keyruş da olub. Lakin portuqaliyalı mütəxəssislə anlaşma əldə edilməyib.

 

Hazırda xorvatiyalı məşqçi Nikola Yurçeviçlə danışıqlar aparılır və millimiz çalışdırmağa əsas namizəd odur.


Digər xəbərlər

Xəbər xətti