"Sabah” heyətini yeni oyunçu ilə gücləndirib.
Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqanın debütantı qapıçı Əmirhüseyn Nəcəfi ilə müqavilə imzalayıb. 22 yaşlı qolkiperlə 2020-ci ilin mayınadək müqavilə bağlanılıb.
İranın "İstiqlal” komandasının yetirməsi olan Nəcəfi karyerası ərzində bu klubla yanaşı, "Səbail”in də uğurları üçün çalışıb. Gənc qapıçı bir neçə dəfə Azərbaycanın U-21 millisinə dəvət alıb.
Nəcəfi "Sabah”da 96 nömrəli formada çıxış edəcək.