Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada futbol klubunun yaradılmasına qərar verib.
Sportarena.az xəbər verir ki, Prezident Administrasiyasının nəzdində yaradılan klub "Cumhurbaşkanlığıspor" adlandırılıb. Yeni yaranan klub "Ankara-2" həvəskar futbol liqasında çıxış edəcək.
"Cumhurbaşkanlığıspor" Ankarada yetişən futbolçuları heyətinə cəlb etməyə və tezliklə peşəkar səviyyəyə qalxmağa çalışacaq. Türkiyə mətbuatının yazdığına görə isə, klub hazırda Türkiyə I Liqasında mübarizə aparan "Osmanlıspor"un adını alacaq və növbəti mövsüm Super Liqaya vəsiqəni hədəfləyəcək.