Yurçeviç açıqladı - “AFFA ilə danışıqlarımız olub”

18:50 6 Fevral 2019

 Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd olan xorvatiyalı baş məşqçi Nikola Yurçeviç index.hr saytına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, 52 yaşlı mütəxəssis AFFA ilə görüşdüyünü deyib:
 

"AFFA ilə ciddi danışıqlar oldu. Namizədlərdən biri mənəm. Növbəti bir neçə gündə hər şey dəqiqləşəcək. İndi hər şeyi dərindən açıqlaya bilmərəm".
 

Yığma komandamızın sabiq çalışdırıcısı Robert Prosineçki də məsələyə münasibət bildirib: "Bunu dərindən şərh edə bilmərəm. Ancaq onu deyim ki, AFFA Yurçeviçi seçsə, səhv etməyəcək".
 

Qeyd edək ki, Yurçeviç məşqçilik karyerasına 2002-ci ildə Xorvatiyanın “Zaqreb” klubunda başlayıb. Xorvatiyalı mütəxəssis 2006-2017-ci illərdə Xorvatiya millisində, Moskva "Lokomotiv"i, "Beşiktaş" və "Vest Hem"də Slaven Biliçin köməkçisi olub. Yurçeviç son olaraq, Zaqreb “Dinamo”sunu çalışdırıb. Klub rəhbərliyi uğursuz çıxışlara görə onu postundan qovmuşdu.


Digər xəbərlər

Xəbər xətti