Salahı təhqir edənləri ÖMÜRLÜK CƏZA GÖZLƏYİR

11:41 7 Fevral 2019

"Liverpul"un ulduz futbolçusu Məhəmməd Salah dini təhqirlərə məruz qalıb.

 

Sportarena.az xəbər verir ki, 27 yaşlı hücumçu İngiltərə Premyer Liqasının XXV turunda "Vest Hem"lə səfər oyununda təhqir olunub. Sosial şəbəkələrdə misirli oyunçunun dini mənsubiyyətinə görə təhqir olunduğu video da yayılıb.

 

Polisin hadisə ilə bağlı məlumatlandırıldığı bildirilib. "Vest Hem" rəsmiləri həmin şəxslərin ömürlük stadiona girişinin qadağan olunacağını vəd edib.


Digər xəbərlər

Xəbər xətti