Fransanın “Nant” klubundan Uelsin “Kardif” klubuna transfer olunan Emiliano Salanın qəzaya uğradığı təyyarədən cəsəd çıxarılıb.
Sportarena.az xəbər verir ki, cəsədin pilota və ya Salaya məxsus olduğu hələ ki, bilinmir. Buna epskertizadan sonra aydınlıq gələcək.
Qeyd edək ki, Salanı yanvarın 22-si Fransadan Kardiffə aparan xüsusi təyyarə radardan itib. Sonradan təyyarənin La Manş boğazı üzərində qəzaya uğradığı bəlli olub.