Türk gözəli Neymarın doğum günü partisinə damğa vurdu - FOTOLAR

20:29 7 Fevral 2019

Paris Sen Jermenin braziliyalı ulduzu Neymar 27-ci yaş günündə türk model Elif Aksu ilə görüntülənib.

 

Sportarena.az xəbər verir ki, dünən gecə dostları ilə birlikdə yeni yaşını qeyd edən Neymar Elif ilə əl-ələ tutaraq foto çəkdirib.

 

Elif Aksu dünya mediasına tanış simadır. Belə ki, model 2017-ci ildə sevgilisinin “Ferrari”si ilə yol qəzası keçirmiş və bununla diqqətləri üzərinə çəkmişdi. “The Sun”un xəbərinə görə, Elif Aksu ərəbistanlı milyarder sevgilisi ilə spirtli içki və narkotik istifadəsindən sonra avtomobilə əyləşib. Qəza da bu səbəbdən baş verib. O, günahkar olduğu üçün xüsusi təyyarə ilə İspaniyadan qaçmaq istəmişdi. Lakin polisə yaxalanmışdı. Bundan sonra külli miqdarda pul ödəyərək azadlığa çıxmışdı. Sevgilisi isə onun məhkəməyə çıxarılmasını gözləmədən Londona qaçmışdı.



Digər xəbərlər

Xəbər xətti