"Liverpul"un futbolçusu Məhəmməd Salah Misir millisinin mart ayında Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlara dəvət almayacaq.
Sportarena.az xəbər verir ki, formal xarakter daşıyan görüşlər üçün Salahın milliyə çağırılmayacağı bildirilib. Bildirək ki, Misir millisi Afrika Millətlər Liqasında növbəti mərhələyə vəsiqəni əvvəlcədən təmin edib.