"Zirə"nin "Səbail"lə yeddinci dueli

16:21 8 Fevral 2019

Bu həftə Azərbaycan Premyer Liqasında 16-cı turun oyunları keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, “Zirə” 2019-cu ildə ilk səfər oyununa çıxacaq. “Qartallar” rəqib meydanında “Səbail”lə görüşəcək.

 

Bu, komandaların cari mövsüm Premyer Liqada 3-cü dueli olacaq. Əvvəlki görüşlərin ikisi də heç-heçə başa çatıb. Lakin 1-ci dövrənin “Səbail”in meydanında 1:1 hesabı ilə sona çatan qarşılaşmadakı texniki xəta “qartallar”a məğlubiyyət verilməsinə səbəb olub – 0:3. “Zirə”nin ev oyununda isə qapılara qol vurulmayıb.

 

Ümumilikdə isə iki komanda arasında Premyer Liqada 6 matç keçirilib. Həmin texniki məğlubiyyət “Zirə”nin “Səbail”lə qarşılaşmalarda xal qazanmadığı yeganə oyundur. Digər görüşlərdə 3 qələbəsi olan “qartallar” 2 heç-heçə edib. Bu üstünlük texniki nəticənin nəzərə alınmadığı top fərqində də əksini tapıb. 5 qol vuran “Zirə” yalnız 2 top buraxıb. “Qartallar”ın qollarına fərqli oyunçular imza atıb.

 

Zirə təmsilçisi 4-cü dəfə “Səbail”in qonağı olacaq. Əvvəlki üç səfərdə 2 qələbə və 1 məğlubiyyəti olan komanda iki top vurub.

 

“Səbail” – “Zirə” görüşü fevralın 10-da, saat 16:30-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti