"Keşlə" klubu MƏHKƏMƏYƏ VERİLDİ

12:32 9 Fevral 2019

"Mediland” MMC Topaz Premyer Liqasında çıxış edən "Keşlə" (əvvəlki "İnter") klubunu məhkəməyə verib.

 

Sportarena.az "Report"a istinadən xəbər verir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC pul barədə tələb irəli sürüb. Pulun məbləği açıqlanmayıb. Üçüncü şəxs qismində "Keşlə” klubu göstərilib. Məhkəmə iddianı qismən təmin edib.

 

Qərardan narazı qalan cavabdehin nümayəndəsi apellyasiya şikayəti verib. Hazırda şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır. Növbəti məhkəmə iclası fevralın 13-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti