“Futbolçulara təşəkkür düşür, oyuna yaxşı kökləndilər. Tapşırığın öhdəsindən gəldilər”.
Sportarena.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqasının 16-cı turunda səfərdə “Sabah”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
“Bir az hay-küylü oyun oldu. Sona doğru ajiotaj vardı. Sürətli komandayla qarşılaşmışdıq. Komandamızda oyun intizamsızlığı yoxdur. Bu baxımdan axsaqlıq görmədim. Bu gün bir az köklənmək baxımdan narahatlığım vardı. Şükür ki, bu, baş vermədi” - deyə o bildirib.