"İkinci görüşdü ki, qırmızı vərəqə alırıq" - Elşad Əhmədov

20:42 9 Fevral 2019

"Sabah”ın baş məşqçisi Elşad Əhmədov Premyer Liqanın 16-cı turu çərçivəsində "Qəbələ”yə qarşı keçirdikləri oyunu dəyərləndirib.

 

Sportarena.az xəbər verir ki, o, 0:1 hesabıyla məğlub olduqları görüşdən sonra bunları söyləyib:

 

"Belə oyun barədə danışılası çox şey var. İkinci görüşdü ki, qırmızı vərəqə alırıq. Amma bunun intizamsızlqdan irəli gəldiyini deməzdim.Azlıqda qalmağımıza rəğmən, rəqibə qarşı yaxşı müqavimət göstərdik. Deviçin ikinci sarı vərəqə aldığı epizod barədə dəqiq bir söz deyə bilmərəm. Onu kimi peşəkar futbolçunun Azərbaycanda olması qürurvericidi. Ona cəza verməyi düşünmürük.Azad agent statusu daşıyan hücumçularla danışıqlar aparırıq. Ola bilsin, yeni hücumçu transfer etdik”.


Digər xəbərlər

Xəbər xətti