Nikola Yurçeviç: "Bu haqda AFFA rəsmiləri heç nə deməyib" - MÜSAHİBƏ

22:00 9 Fevral 2019

Millimizin baş məşqçi postuna son namizəd Nikola Yurçeviç "Sumqayıt” - "Qarabağ” görüşünü canlı izləyib.

 

Sportarena.az xəbər verir ki, xorvat matçın fasiləsində jurnalistlərin suallarını cavablandırıb.


- Azərbaycanda ilk oyuna baxırsız. 
- Elədi. "Qarabağ” "Sumqayıt”dan yaxşı oyun göstərir. İlk hissənin nəticəsi oyuna görədi.


- Rəsmən millimizin baş məşqçisi olmaq üzrəsiz. Azərbaycan futbolu ilə maraqlanırsız?
- Yetərincə məlumatlıyam. Başqa çalışdığım yerlərdə Azərbaycan millisinin oyunlarını izləmişəm. İkinci dəfədi Azərbaycandayam. Kifayət qədər məlumat yığmışam. Azərbaycana bağlılığı olan məşqçilərdən hər şeylə maraqlanmışam. Robert Prosineçki və onun köməkçisiylə danışmışam.


- Belə məlumatlar var ki, millinin baş məşqçisinin qarşısına AÇ-2020-nin final mərhələsinə vəsiqə qoyulub.
- Bu məqsəd haqda AFFA rəsmiləri heç nə deməyib. Məqsədimiz oyundan oyuna artırmaq və daha yaxşı oyun nümayiş etdirməkdir.


- Zaman çox azdı. Oyun fəlsəfənizi millimizə aşılaya biləcəksiz? Planlarınız necədi?
- Kifayət qədər millidən məlumatlıyam. Vətənimin seçməsini - Xorvatiya yığmasını da yaxş tanıyıram. Çox danışmaq istəmirəm, çünki heç nə rəsmiləşməyib.


- Təlim-məşq toplanışı üçün planınız var?
- Ağlımda hansısa fikirlər var. İstəyirəm hər şey dəqiqləşsin. İndi demək çox tezdir.


- Deyilənə görə, Azərbaycana xeyli yüklə gəlmisiz. Bu da o deməkdi ki, baş məşqçi postuna təyin ediləcəksiz.
- Hər şey müsbətdi. Gözləmək lazımdı.


Digər xəbərlər

Xəbər xətti