“Qarabağ”da maliyyə və təşkilatçılıq baxımından heç bir problem yoxdur" - AÇIQLAMA

11:47 10 Fevral 2019

"Xarakter göstərdik və 2:0 hesablı qələbə qazandıq. Ən əsası qol buraxmadıq. Növbəti oyunlarda da 3 xal qazanmağa çalışacağıq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri bu sözləri Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gələn "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev deyib. Bolqarıstanlı yarımmüdafiəçi matçda vurulan ilk qolun hakim tərəfindən daha öncə ləğv edilməsinə, daja sonra isə yenidən qeydə alınmasına münasibət bildirib: "Bəlkə də hakim həmin qolu saymasaydı, daha çox vuracaqdıq. Referini də qınamaq olmaz. Əsas odur, doğru qərar verdi".

 

Ötən tur oynamayan, bu qarşılaşmada isə meydana sonradan daxil olan 25 yaşlı futbolçu məşqçinin qərarına hörmətlə yanaşdığını bildirib: "Az oynamağım rəqibə qarşı seçilən taktikadan asılıdır. Baş məşqçinin qərarıdır, hər zaman hörmətlə yanaşıram. Buna baxmayaraq, məşqlərdə əlimdən gələni edirəm. Meydana çıxmağa hər zaman hazıram. Bu gün də necə oynadığımı gördünüz. Komanda üçün əlimdən gələni etdim. Hər qələbədən sonra özümü xoşbəxt hiss edirəm. Çempion olsaq, mənim üçün hər şey daha da yaxşı olacaq".

 

Slavçev milli komandasındakı futbolçuların "Qarabağ"a maraq göstərdiyini deyib: "Digər klublar haqda deyə bilmərəm, ancaq “Qarabağ”da maliyyə və təşkilatçılıq baxımından heç bir problem yoxdur. Millidəki komanda yoldaşlarıma da “Qarabağ”ın necə komanda olması haqda danışmışam. Artıq onlar da bu kluba maraq göstərirlər".


Digər xəbərlər

Xəbər xətti