"Bu cür oyundan sonra şərh vermək çox çətindi. Matçdan əvvəl də çətinliklərlə üzləşdik. Bir sıra yerli futbolçular oynaya bilmirdilər. Müəyyən rotasiyalara əl atdıq. Turnir cədvəlindəki mövqeyimiz elədir ki, qələbəyə sevinə də bilmirsən".
Sportarena.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov səfərdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XVI tur matçından sonra deyib.
Baş məşqçi oyunla bağlı fikirlərini bildirib: "İlk yarıda hər şeyi düz edirdik. Fasilədən sonra rəqib boşluqlarımızdan istifadə etməyə başladı. İstifadə edə bilsəydilər, bəlkə də "Səbail” böyük hesabla qalib gələcəkdi. Əvəzetmələr etdik, boşluqları aradan qaldırmağa çalışdıq. Özünüz də gördünüz ki, gənc futbolçumuz panikaya düşmüşdü. Bir az çətin idi bizə. Bir sıra futbolçumuz komandaya yeni qoşulub. İnanıram ki, bütün debütantlarımız qısa zamanda özlərini göstərə biləcəklər".
Abasov "Zirə” niyə hər dəfə yalnız bir hissə yaxşı oynayır" sualına belə cavab verib: "Rotasiyalarla bağlıdı. Hətta köməklçilərdən birini tribunaya göndərdik ki, meydanı daha yaxşı görsün".