Türkiyə çempionatı: "Qalatasaray" "Trabzonspor"a qalib gəldi

23:21 10 Fevral 2019

Türkiyə Super Liqasında XXI turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, turun mərkəzi oyununda "Qalatasaray" "Trabzonspor"u qəbul edib. 

 

Oyun İstanbul klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qalatasaray" 19-cu dəqiqədə penalti qazanıb və topa yaxınlaşan yeni transfer Mbaye Diagne hesabı açıb. O, debüt oyununda fərqlənməyi bacarıb. 30-cu dəqiqədə Hüqo Rodalleqa bərabərliyi təmin edib. 44-52-ci dəqiqələrdə dubl edən Yunes Belhanda komandasına qələbə qazandırıb.


Digər xəbərlər

Xəbər xətti