Portuqaliya Sequndasında XXI turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Renat Dadaşovun çıxış etdiyi "Eştoril" autsayder "Kova da Pyedade"ni qəbul edib. Oyun "Eştoril"in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Renatın adı oyunun protokoluna daxil edilməyib.
Qeyd edək ki, "Eştoril" 36 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.