Çempionlar Liqasında 2018/2019 mövsümünün ikinci yarısına sabah start veriləcək.
Sportarena.az xəbər verir ki, Bakı vaxtilə saat 00:00-da başlayacaq görüşlərlə 1/8 finalın ilk oyunları keçiriləcək. Bu matçların startı ilə ÇL tarixində ilk yaşanacaq. Belə ki, qitənin ən nüfuzlu klub turnirində ilk dəfə VAR sistemindən istifadə olunacaq.
Çempionlar Liqası
1/8 final, ilk oyunlar
12 fevral
00:00. “Roma” (İtaliya) – “Porto” (Portuqaliya)
Roma. Olimpiya stadionu. Baş hakim: Danni Makkelli (Hollandiya)
00:00. “Mançester Yunayted” (İngiltərə) – PSJ (Fransa)
Mançester. “Old Traffors” stadionu. Daniele Orsato (İtaliya)
13 fevral
00:00. “Tottenhem” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya)
London. “Uembli” stadionu
00:00. “Ayaks” (Hollandiya) – “Real” (İspaniya)
Amsterdam. Yohan Kroyff Arena