Ustad ağır atletlər arasında Azərbaycan çempionatı keçirildi - VİDEO

15:00 11 Fevral 2019

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında ustad ağır atletlər arasında Azərbaycan çempionatı keçirilib.

 

Sportarena.az xəbər verir ki, yarışda müxtəlif yaşda olan atletlər medallar uğrunda mübarizə aparıblar. Ölkə çempionatında qızıl medala Vladimir Jilyayev yiyələnib. 71 yaşlı atlet toplam 160 kq (70+90) nəticə və 369.30 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb. Sonrakı yerləri müvafiq olaraq 225 kq (102+123) nəticə və 345.16 xalla Zəfər Tağıyev və toplam 265 kq (120+145) nəticə və 339.55 xalla Namiq Cəmilov tutublar. İlk üç yeri tutanlara diplom və medallar təqdim olunub.

 

 


Digər xəbərlər

Xəbər xətti