Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş sponsoru SOCAR-ın inzibati binasında AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Sportarena.az xəbər verir ki, saat 18:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
1. Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi
2. Aşağı yaş qruplarından ibarət milli komandalara məşqçi təyinatlarının təsdiqi
3. Digər məsələlər
İcraiyyə Komitəsində qəbul olunmuş qərarlar bu gün AFFA-nın saytında yerləşdiriləcək. İclasdan sonra mətbuat üçün brifinq nəzərdə tutulmayıb.Qəbul olunacaq qərarlarla bağlı fevralın 12-də, saat 11:30-da, Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçiriləcək.