“Zirə” fransalı futbolçu aldı

23:34 11 Fevral 2019

“Transfer pəncərəsi” bağlanmasına baxmayaraq, “Zirə” daha bir oyunçu ilə heyətini gücləndirib.

 

Sportarena.az xəbər verir ki, fransalı Şafik Tiqrudca paytaxt klubu ilə anlaşıb.

 

Yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə bağlanılıb. 27 yaşlı futbolçunun son klubu Albaniya təmsilçisi "Kukesi" olub.Şafik həmçinin Kiprin “Alki”, Fransanın “Le Pontent”, “Nor”, “Les Herbis” klublarında çıxış edib. O, "Zirə"də 48 nömrəli forma ilə çıxış edəcək.


Digər xəbərlər

Xəbər xətti