Futtennis üzrə Azərbaycan Super Liqasının qalibləri müəyyənləşdi - FOTOLAR

01:25 12 Fevral 2019

Azərbaycan Futnet Federasiyasının (AFNF) təşkil etdiyi futtennis üzrə Azərbaycan Super Liqasının 2019-cu il mövsümünün qalibi müəyyənləşib. 

 

Federasiyanın mətbuat xidmətindən Sportarena.az-a verilən məlumata görə, fevralın 9-da "Marafon" İdman Klubunun zalında start götürən 12 komandalı çempionatın ilk günündə qrup oyunları, növbəti gündə isə 1/4, yarımfinal və final qarşılaşmaları keçirilib.

 

Çempionatın yekun nəticələrinə əsasən, I yerə "ASTA”, II yerə "LEON”, III yerə isə "EGE Hospital” komandası sahib olub.

 

Gərgin idman mübarizəsi şəraitində keçən ölkə çempionatının qalibi "ASTA” komandasında peşəkar futboldan yaxşı tanıdığımız Saşa Yunisoğlu da çıxış edib.

 

III yerin qalibi olan "EGE Hospital” komandasının heyətində isə təcrübəli futbolçu Emin İmaməliyev gözəl oyunu ilə yadda qalıb.

 

Yarışda Əfqan Talıbov, Nadir Qasımov kimi veteran futbolçular da iştirak edib.

 

Sonda Azərbaycan Futnet Federasiyasının rəhbərliyi qaliblərə medallar, kubok və pul mükafatları təqdim edib.



Digər xəbərlər

Xəbər xətti