Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportarena.az xəbər verir ki, İK Topaz Premyer Liqanın 16-cı turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
Topaz Premyer Liqasının XVI turunun "Sabah” – "Qəbələ” matçının 25-ci dəqiqəsində "Sabah"ın futbolçusu Marko Deviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub Oyunun 90+5-ci dəqiqəsində "Qəbələ”nin rəsmi protokolda baş məşqçisi Zaur Haşımov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat сərimə olunub.
Topaz Premyer Liqasının XVI turunun "Sumqayıt” – "Qarabağ” matçında "Sumqayıt”ın 5 , "Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunub..
Topaz Premyer Liqasının XVI turunun "Səbail” – "Zirə” matçının 81-ci dəqiqəsində "Səbail”in futbolçusu Elvin Yunuszadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Topaz Premyer Liqasının XVI turunun "Neftçi” – "Keşlə” matçında "Keşlə"nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.