“Keşlə” və “Kəpəz”ə texniki məğlubiyyət verildi

13:58 12 Fevral 2019

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, I Divizionun 14-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

 

“Sumqayıt-2” – “Keşlə-2” matçında “Sumqayıt-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 90+1-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Elvin Nəsibov təhqiredici ifadələr işlətdiyinə görə meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 3 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub. “Sumqayıt-2” – “Keşlə-2” matçında adı protokolda qeyd olunmayan futbolçu meydançaya çıxdığı üçün “Keşlə-2” klubuna texniki məğlubiyyət verilib. Hesab  olduğu kimi - 0:3 saxlanılıb.

 

“Sabah-2” – “Neftçi-2” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı klublar 80 manat cərimə olunub.

 

“Turan Tovuz” – “Qarabağ-2” matçında lazımı inventarlar olmamasına görə meydan sahibi klub 160 manat cərimə olunub. “Turan Tovuz”  klubu oyunun video yazısını təqdim etmədiyinə görə 80 manat cərimələnib.

 

“Şüvəlan” – “Səbail-2” matçında hər iki klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 80 manat cərimə olunub. Oyunun 75-ci dəqiqəsində “Səbail-2”  klubunun futbolçusu Xəlil Bəşirov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

 

“Zirə-2” – “Ağsu” matçında “Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. “Ağsu” klubu lazımi tələbləri yerinə yetirmədiyi üçün matç 8 dəqiqə gec başladığı üçün klub 240 manat cərimə olunub.

 

“Kəpəz” – MOİK matçında adı protokolda qeyd olunmayan futbolçu meydançaya çıxdığı üçün “Kəpəz” klubuna texniki məğlubiyyət verilib. Hesab  olduğu kimi - 0:3 saxlanılıb.

 

“Qaradağ Lökbatan”–“Zaqatala” matçının 64-cü dəqiqəsində “Zaqatala”nın futbolçusu Elşad Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klubu 20 manat cərimə olunub. Oyunun 70-ci dəqiqəsində “Zaqatala”nın futbolçusu Firuddin Mövsümov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub. Oyunun  26-cı dəqiqəsində “Qaradağ Lökbatan”ın baş məşqçisi Elçin Dərgahquliyev texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 80 manat сərimə olunub.


Digər xəbərlər

Xəbər xətti