Topaz Premyer Liqanın XVI turunun "Sumqayıt"la oyunundan (2:0) sonra istirahətə buraxılan "Qarabağ" dünən məşqləri bərpa edib.
Sportarena.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi 17-ci turda "Qəbələ" keçirəcəyi ev görüşünün hazırlığına start verib.
Fevralın 17-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 17:30-da başlayacaq.
"Qarabağ"ın dünənki məşq prosesindən hazırlanmış fotoları təqdim edirik: