Millimizin baş məşqçisi: "Heç bir komponentdə rəqibdən geri qalmadıq"

02:24 13 Fevral 2019

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd İspaniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

 

Sportarena.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları matçdan sonra AFFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:

 

"Avropa çempionlarına qarşı layiqli futbol oynayan komandamın hər bir üzvünə təşəkkür edirəm. Oyun çox surətli keçdi. İspaniya kimi güclü komandaya qarşı İspaniyada oynamaq bizim üçün çox böyük təcrübə oldu. Heç bir komponentdə rəqibdən geri qalmadıq. Bu futbolçulara görə gələcəyə ümidlə baxmaq olar. Belə oynasaq, Avropa çempionatının elit-raund mərhələsində uğur qazana bilərik. Şans həmişə var. Uğur qazanmaq üçün çalışacağıq. Taktiki baxımdan daha da ağıllı futbol oynamalıyıq. Bunun üçün bu təlim-məşq toplanışından daha səmərəli istifadə etməliyik".


Digər xəbərlər

Xəbər xətti