"Neftçi”nin Bakıxanov qəsəbəsində inşa etdirdiyi yeni bazada tikinti işləri dayanıb.
Sportarena.az xəbər verir ki, işlərə ötən ilin oktyabr ayında start verilsə də, tikintiyə qeyri-müəyyən müddətə "stop" qoyulub.
Məlumata görə, buna maliyyə çatışmazlığının yaranması səbəb olub. Bazanın tikintisi üçün həm SOCAR-dan, həm də "Türk Hava Yolları"ndan büdcə ayırılsa da, klub rəsmiləri həmin vəsaitin komandanın xərclərinə və transferlərə sərf olunduğunu bildiriblər. Klubun ana sponsoru olan SOCAR" -dan isə tikintinin dayandırılması göstərişi verilib. Tikinti işləri 2 ay bundan öncə dayanıb, lakin klub rəsmiləri hələlik məsələni mətbuatdan və azarkeşlərdən gizlədirlər.
Bazanın son olaraq 2019-cu ilin yayında təhvil veriləcəyi deyilmişdi. Lakin böyük ehtimalla baza bu dəfə də deyildiyi vaxtda təhvil verilməyəcək. (sportlife)