Mirça Luçeskunu istefaya göndərən Türkiyə Futbol Federasiyası milli komandanın baş məşqçi postuna “Beşiktaş”ın çalışdırıcısı Şenol Günəşi gətirməyə hazırlaşır. Təcrübəli mütəxəssislə artıq ilkin danışıq olub.
Sportarena.az xəbər verir ki, bu səbəbdən “Beşiktaş” rəhbərliyi ona xələf axtarışına başlayıb. Maraqlıdı ki, ilk namizəd 2013-2015-ci illərdə “ağ-qaralar”a rəhbərlik etmiş Slaven Biliçdi. Xorvatiyalı mütəxəssislə danışıqlara start verilib. “Vest Hem”dən ayrıldıqdan sonra işsiz qalan Biliç İstanbul nəhəginə dönməyin əleyhinə deyil.
Ancaq o, bu dəfə Türkiyəyə keçmiş köməkçisi Nikola Yurçeviçsiz qayıdacaq. Çünki Yurçeviç yenicə Azərbaycan millisinin baş məşqçisi təyin olunub.