ABŞ-da 7 yaşlı Rudolfun uğurları hamının marağına səbəb olub.
Sportarena.az xəbər verir ki, peşəkar olaraq Amerikan futbolu oynayan və atletika ilə maraqlanan 7 yaşlı uşağın 100 metr məsafəni 13.48 saniyəyə qaçması hər kəsi təəccübləndirib.
Artıq Rudolf dünya rekordçusu Usayn Boltla müqayisə olunur. Yamaykalı sabiq atlet 2009-cu ildə 2009-cu ildə bu məsafəni 9.58 saniyəyə qət etmişdi. İndi çoxları Rudolfun tezliklə Boltun rekordlarını alt-üst edəcəyini düşünür.
7 yaşlı uşağın uğurları artıq böyük şirkətlərin də diqqətini çəkib. Rudolf indiyədək bir neçə reklam filmində rol alıb.
Onun "Instagram"da artıq 310 min izləyicisi var. (fanat.az)