Bu gün Azərbaycan I divizionunda XV tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, təxirə salınan "Qarabağ-2” – "Zirə-2” görüşü nəzərə alınmasa, digər 6 oyun iki gün ərzində baş tutub.İkinci oyun günü lider dəyişikliyi ilə əlamətdar olub. "Səbail-2” ilə məhsuldar alınan qarşılaşmada xal itirən "Sumqayıt-2” zirvəni əldən verib. 10 qolun vurulduğu matçda 5:5 hesabı qeydə alınıb.
Bundan yararlanan MOİK liderliyə yüksəlib. "Hərbçilər” "Turan Tovuz”u böyük hesabla yenib. "Keşlə-2” isə "Qaradağ Lökbatan”a qalib gəlib. "Ağsu” isə öz meydanında "Şüvəlan”a uduzub.
I divizion
XV tur
"Keşlə-2” – "Qaradağ Lökbatan” – 2:0
Ülvi İbrahimov, 5, 79
MOİK – "Turan Tovuz” – 3:0
İlqar Ələkbərov, 50, Umud Şükürlü, 62, Bahadur Həziyev, 75
"Ağsu” – "Şüvəlan” – 0:1
Tural Qürbətov, 80
"Səbail-2” – "Sumqayıt-2” – 5:5
Xəzər Mahmudov, 17, 33, Təyyar Mahmudov, 48, Ədilxan Qarəhmədov, 64, Ruslan Hacıyev, 87 – Ürfan İsmayılov, 23-ö.q., İbrahim Əliyev, 63, 88, Fərid Kərimzadə, 70-p., Elvin Dəmirov, 90+6