Azərbaycan Premyer Liqasının 17-ci turunda "Keşlə" "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edib.
Sportarena.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin çalışdırıcısı Tərlan Əhmədov mətbuat konfransında fikirlərini bölüşüb:
"Bilirdik ki, ağır oyun olacaq. Çünki hər iki komanda qış fasiləsindən sonra keçirdiyi hər iki oyunda uduzmuşdu. Üzərimizdə təzyiq çox idi. Komandanın sona qədər mübarizə aparması, futbolçuların mübarizliyi həlledici oldu. Qələbə çox vacib oldu. Turnir cədvəlinin son pilləsində qərarlaşmaq xoş deyildi. Futbolçuların üzərindən təzyiqi götürməyə və oyunumuzu daha da təkmilləşdirmək yönündən çalışırıq. Məşqdə futbolçulara hücum futbolu oynamağı tapşırmışdım. Bu qələbə təzyiqi yüngülləşdirdi".
47 yaşlı mütəxəssis "Zirə" - "Neftçi" matçında heç bir komandaya azarkeşlik etməyəcəyini vurğulayıb:
"Başqasının bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz. Mən işlədiyim komandaya azarkeşlik edirəm".