Bu gün Topaz Premyer Liqasında XVII tura yekun vurulacaq.
Sportarena.az xəbər verir ki, turun ikinci günündə 2 qarşılaşma baş tutacaq.Mükafatçılar sırasına düşmək iddiasında olan "Səbail” və "Sabah” üz-üzə gələcək.
Tura "Qarabağ”la "Qəbələ” arasında mərkəzi oyunla yekun vurulacaq.
Premyer Liqa
2018/19 mövsümü
III dövrə, XVII tur
17 fevral
15.00 Səbail - Sabah 1-0
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Əli Cəbrayılov, Kamal Umudlu.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
"Bayıl Arena”.
17.30 Qarabağ - Qəbələ 2-1
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Eyyub İbrahimov, Etibar Həsənov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Ələddin Ələkbərov.
Tofiq Bəhramov adına Respublika stadionu.