“Futbolçuların həm oyuna, həm məşqlərə məsuliyyətlə yanaşması gözə çarpır. Bu amil bizi sevindirir. Futbolçulara da bunları aşılamaq istəyirik ki, meydanda xarakter göstərsinlər və ad uğrunda mübarizə aparsınlar”.
Sportarena.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov komandasının “Qarabağ”a 1:2 hesablı məğlubiyyətindən sonra keçirdiyi mətbuat konfransında deyib.O bildirib ki, məğlubiyyətə baxmayaraq, qarşıdakı oyunlarda uğurlu nəticələrə ümidvar olduğunu bildirib:
“Elə məğlubiyyətlər var ki, qələbəyə bərabərdir. Bugünkü oyundan sonra futbolçuları soyunub-geyinmə otağında təbrik etdik. Dominant futbolu sevən bir komandaya, “Qarabağ”a qarşı öz oyunumuzu göstərməyə çalışdıq. Məğlubiyyət olsa belə, qarşıya ümidlə baxa bilərik. Futbol bizi razı salsa da, hücumların sonluğu çatmadı. Oyunçularımız zərbə vurmaq zamanı komanda yoldaşlarına ötürmə etməyə çalışdılar. Qarşıdakı görüşlərdə qapıya zərbə vurmaq barədə danışacağıq”.