İtaliyada yüz yaşını qeyd edən komandaya iyirmi qol vuruldu - VİDEO

14:55 18 Fevral 2019

İtaliya C Seriyasında 20:0 hesablı oyun qeydə alınıb.

 

Sportarena.az xəbər verir ki, "Kuneo" klubu bu il 100 illiyini qeyd edən "Pro Pyaçentsa"nı bu hesabla yenib.

 

Oyunda ən çox qol vuran futbolçu Hişam Kanis olub. O, 6 dəfə fərqlənib. Edoardo Defendi 5, Mikele Emmausso və Françesko Di Stefano hərəyə 3 qola imza atıb. İlk yarıda 16, ikinci hissədə 4 qol qeydə alınıb.

 

"Pro Pyaçentsa" oyuna 7 nəfərlə başlayıb. Daha bir futbolçu isə sonradan meydana çıxıb. Belə ki, həmin futbolçu pasportunu evdə unudubmuş. Atası sənədini gətirəndən sonra meydana çıxa bilib. 

 

Qeyd edək ki, "Pro Pyaçentsa" maliyyə böhranı keçirir. Hətta komandanın məşqçiləri belə yoxdu. Bu səbəbdən 19 yaşlı futbolçu matçın protokolunda baş məşqçi kimi qeydə alınıb.  

 

 


Digər xəbərlər

Xəbər xətti