21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Tural Bayramlı legioner həyatı yaşayacaq.
Sportarena.az xəbər verir ki, o, Latviyanın “Dauqavpils” klubuna transfer olub.Gənc futbolçu ilə 6 ay + 1 illik müqavilə bağlanılıb. Anlaşmaya əsasən, oyunçu istəsə, yay transfer dönəmində “Dauqavpils”i tərk edə bilər.
Qeyd edək ki, “Dauqavpils” Latviyanın I Divizionunda çıxış edir. Komanda 22 turdan sonra 58 xalla turnir cədvəlinə başçılıq edir. Komanda Latviyanın əsas liqasında iştirak üçün əsas namizəddir.