Şimali Kipr Türk Respublikası bu il Azərbaycanın işğal olunmuş torpaqlarında keçiriləcək tanınmamış respublikaların Avropa çempionatına qatılmayacaq.
Sportarena.az xəbər verir ki, türk ölkəsinin bu addımına səbəb yarışın Dağlıq Qarabağda keçirilməsidi.
Yaarışda qondarma Dağlıq Qarabağ Respublikasının komandası ilə yanaşı, "Sampi”, "Luqans”, "Donetsk”, "Abxaziya”, "Nitsa”, "Çameriya”, "Padaniya”, "Saridiniya”, "Sekei”, "Qərbi Ermənistan” və "Cənubi Osetiya” kimi qondarma qurumların komandalarının iştirakı gözlənilir.