AFFA “Səbail”i 2000 manat cərimələdi

19:00 19 Fevral 2019

AFFA-nın İntizam Komitəsi “Səbail”i cərimələyib. 

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, buna səbəb Topaz Premyer Liqasının 17-ci turunda “Sabah”la oyunda klubun səhlənkarlığa yol verməsidir. Belə ki, “Səbail”in səhlənkarlığı səbəbindən 1-ci hissə 3, 2-ci hissə 9 dəqiqə gec başlayıb. Bununla bağlı, Hakimlər-Komitəsi tərəfindən İntizam Komitəsinə əlavə məlumat daxil olub.  

 

Matçın başlama saatını təyin olunduğu vaxtdan və fasilədən sonra gecikdirdiyinə görə “Səbail” klubu 2400 manat cərimə olunub. 


Digər xəbərlər

Xəbər xətti