"Qarabağ"ın sabiq futbolçusu Çumbinyo bir ayda iki klub dəyişib.
Sportarena.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi ötən ay keçdiyi Braziliyanın "İnter de Limeyra" klubunda çox qalmayıb. Belə ki, o, ölkəsinin C seriyasında çıxış edən "Yuventude" ilə anlaşıb.
Qeyd edək ki, Çumbinyo 2013-2015-ci illərdə "Qarabağ"da oynayıb. Bu müddətdə 64 rəsmi oyuna çıxan futbolçu 14 qol vurub.