“Barselona” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə “Lion”la qarşılaşıb.
Sportarena.az xəbər verir ki, qolsuz bərabərə bitən matç Kataloniya təmsilçisinin üzvü Lionel Messi üçün əlamətdar olub. Belə ki, argentinalı hücumçu bu matçda da iştirak edərək, Çempionlar Liqasında “Barselona” ilə 130-cu oyununa çıxıb. O, bu göstərici ilə “Barselona”nın sabiq üzvü Andres İnyestaya çatıb. Hər iki futbolçu ÇL-də 130 oyun keçirib.