"Qarabağ" "Sabah"la oyunun hazırlıqlarına start verdi

22:29 20 Fevral 2019

"Qarabağ" Topaz Premyer Liqasının 18-ci turunda qarşılaşacağı "Sabah"la oyunun hazırlıqlarına start verib.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, komanda bir günlük fasilənin ardından Ağdam təmsilçisinin bazasında bir araya gəlib. Axşam saatlarında keçirilən hazırlıqda futbolçular isinmə hərəkətlərinin ardından toplu çalışmaları yerinə yetirib. Məşq ikitərəfli oyunla başa çatıb.Zədəli futbolçu Miçel məşqdə iştirak etməyib. 


Qeyd edək  ki,  "Sabah" -  "Qarabağ" görüşü fevrlın 23-ü saat  16:30-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti